Özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

Özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb
  • Clock-gray 18:50
  • calendar-gray 14 Dekabr 2019

Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini Vasif Haqverdiyev saxlanılıb.

Araşdırmalar zamanı V. Haqverdiyevin özünü polis əməkdaşı kimi təqdim edərək Yevlax rayon sakini olan qadından üzləşdiyi bir problemi həll edəcəyi vədi ilə ayrı-ayrı vaxtlarda 750 manat dəyərində qızıl boyunbağı və əlavə olaraq 200 manat nəğd pul alaraq aldatması müəyyən edilib.

Həmçinin onun müxtəlif vaxtlarda Mingəçevir, Yevlax, Bərdə, Zərdab və Balakən rayonları ərazilərində də analoji cinayətlər törətdiyi istisna edilmir. DİN həmin şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşların “102” Zəng Mərkəzinə, həmçinin Yevlax RPŞ-yə və ya şəhər telefonlarından (02233) 6-45-02 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələrini xahiş edib.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date