Pakistanda məsciddə törədilən partlayışda ölənlərin sayı 15-ə çatıb - YENİLƏNİB

Pakistanda məsciddə törədilən partlayışda ölənlərin sayı 15-ə çatıb - YENİLƏNİB
# 10 yanvar 2020 22:05 (UTC +04:00)

Pakistanın Qusabad bölgəsinin Kvetta şəhərindəki məsciddə partlayış nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə GeoTV telekanalı məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 20 nəfər müxtəlid dərəcəli bədən xəsarəti alıb.

***

19:11

Pakistanda məsciddə partlayış törədilib.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə ölkənin cənub-qərbində, Bəlucistan əyalətinin paytaxtı Kvettedə baş verib.

Terror aktı nəticəsində ən azı 9 nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb.

Ölənlər arasında polis əməkdaşının da olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR