Paytaxtda Yevlax sakinindən heroin götürülüb

Paytaxtda Yevlax sakinindən heroin götürülüb
# 21 fevral 2020 13:09 (UTC +04:00)

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax rayon sakini M.Mustafayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 905 qram heroin aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR