Pirallahıda yük maşını motosikletlə toqquşub, xəsarət alan var

Pirallahıda yük maşını motosikletlə toqquşub, xəsarət alan var
  • Clock-gray 23:26
  • calendar-gray 26 Dekabr 2019

Bakının Pirallahı rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

APA xəbər verir ki, yük maşını 21 yaşlı Əmirov Samir Nadir oğlunun idarə etdiyi motosikletlə toqquşub. Nəticədə motosikletin sürücüsü S.Əmirov xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Nurlan Əli

Digər xəbərlər

Arxiv

date