Pirşağı-Goradil yolunda iki avtomobil toqquşub, xəsarət alanlar var

Pirşağı-Goradil yolunda iki avtomobil toqquşub, xəsarət alanlar var
# 21 yanvar 2020 22:04 (UTC +04:00)

Abşeronda iki avtomobil toqquşub.

APA xəbər verir ki, Pirşağı qəsəbəsində "Hyundai" markalı minik avtomobili dönmə əməliyyatı edərkən Goradil qəsəbəsində hərəkətdə olan "VAZ 2107" markalı avtomobil ona çırpılıb.

Qəza nətisində "Hyundai"ın Günay adlı sürücüsü, "VAZ 2107"-də olan 1989-cu il təvəllüdlü Atababayev Adəm Ədalət oğlu, 1992-ci il təvəllüdlü Cabbarov Müslüm Cabbar oğlu və Elgün Cabbarov ağır bədən xəsarətləri alıb. Onlar 1 saylı Xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, qadın sürücü açıq kəllə-beyin travması, E.Cabbarov sağ baldır sümüyünün sınığı, M.Cabbarov isə qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin sınığı diaqnozu ilə xəstəxanaya qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR