Pirşağı qəsəbəsində avtomobil iribuynuzlu heyvanı vurub - FOTO

Pirşağı qəsəbəsində avtomobil iribuynuzlu heyvanı vurub - FOTO
# 19 fevral 2020 03:06 (UTC +04:00)

Abşeron rayonunda avtomobil iribuynuzlu heyvanı vurub.

APA-nın məlumatına görə, avtoqəza Pirşağı qəsəbəsində baş verib.

Məlumata görə, "Mercedes" markalı avtomobilin qarşısına qəfildən inək çıxıb. Nəticədə sürücü idarəetməni itirərək avtomobillə onu vuraraq öldürüb. Hadisə zamanı sürücü özü də xəsarət alıb.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR