Polis 3 rayonda əməliyyat keçirib, qanunsuz silahlar götürülüb

Polis 3 rayonda əməliyyat keçirib, qanunsuz silahlar götürülüb
# 25 fevral 2021 12:45 (UTC +04:00)

Rayon Polis Şöbələri tərəfindən keçirilən əməliyyatlarla qanunsuz odlu silahlar aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Xaçmaz rayon polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 25-də rayon ərazisindəki evlərin birindən 1 ədəd televizor və sənədləri ilə birgə “Dragon” markalı tüfəngi oğurlamaqda şübhəli bilinən Armud-Padar kənd sakinləri Ş.Almasov və M.Sultanov saxlanılıblar.

Bundan başqa, Kürdəmirin Dayıkazımlı kənd sakinləri N.Məhərrəmovdan “Tula”, S.Feyzullayevdən “Fortune”, Neftçala rayonunun Boyat kənd sakini S.İsmayıllıdan isə müvafiq sənədləri olmayan “İJ-54” markalı ov tüfəngi götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR