Polis İsmayıllıda istirahət mərkəzlərinin sahiblərinə xəbərdarlıq edib

Polis İsmayıllıda istirahət mərkəzlərinin sahiblərinə xəbərdarlıq edib
  • Clock-gray 10:36
  • calendar-gray 09 İyul 2020

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimi qaydalarının təmin olunması məqsədilə rayon ərazisində tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşları rayon ərazisində yerləşən istirahət mərkəzlərinə baş çəkib,  həmin obyektlərin sahibləri ilə maarifləndirici söhbətlər aparıblar. Operativ Qərargahın tələb və tövsiyələrinə istirahət mərkəzlərində də  ciddi riayət edilməsinin vacibliyi həmin sahibkarların diqqətinə çatdırılıb.  İnsanların bir yerə toplaşmasının qarşısının alınması, qapalı məkanlarda tibbi maskalardan istifadə edilməsi, eləcə də digər sosial izolyasiya qayddalarının təmin olunmasının zəruriliyi onlara bildirilib. 

 

Səlcuq Elçin

Digər xəbərlər