Polis nitqində qüsur olan şəxsin yaxınlarını axtarır - FOTO

Polis nitqində qüsur olan şəxsin yaxınlarını axtarır - FOTO
# 24 iyul 2020 16:59 (UTC +04:00)

Polis nitqində qüsur olan şəxsin yaxınlarını axtarır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Göygöl rayon Polis Şöbəsinin Sarısu Polis Bölməsinin əməkdaşları iyul ayının 22-də rayonun Toğanalı kəndi ərazisində xidmət aparan zaman köməksiz vəziyyətdə olan bir şəxsi görərək dərhal ona yaxınlaşıblar. Onun üzərində heç bir sənəd olmadığından və eşitmə-danışma qabiliyyətinin olmamasına görə özü haqqında məlumat verə bilmədiyindən polis əməkdaşları onu Polis Bölməsinə gətiriblər. Hazırda həmin şəxsin yaxınları axtarılır.

Tapılan şəxsin əlamətləri belədir: Boyu 168 sm, arıq bədən quruluşlu, qısa saçlıdır. Tapılan zaman onun əynində uzunqol köynək və qara şalvar olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Göygöl Rayon Polis Şöbəsinə 0222052279; 055-591-31-02 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR