Polis tərəfindən tutulan şəxsin evindən odlu silah götürülüb

Polis tərəfindən tutulan şəxsin evindən odlu silah götürülüb
# 01 aprel 2020 12:03 (UTC +04:00)

Polis tərəfindən həbs edilən şəxsin evindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, hazırda Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələrinə əsasən təqsirli şəxs qismində saxlanılan Ə.Məmmədovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Göygöl RPŞ-nin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə onun Göygöl rayonunun Qızılqaya qəsəbəsi ərazisində gizlətdiyi tapança və 1 ədəd süngü-bıçaq aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR