Qubada postda saxlanılan şəxsdən narkotik vasitə aşkar edilib

Qubada postda saxlanılan şəxsdən narkotik vasitə aşkar edilib
# 25 noyabr 2020 09:59 (UTC +04:00)

Quba rayonunda postda saxlanılan şəxsdən narkotik vasitə aşkar edilib.

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.

Verilən məlumata görə, Quba rayon sakini Kamal İskəndərov özünə məxsus “Niva” markalı nəqliyyat vasitəsi ilə Qusar-Quba istiqamətində hərəkət edən zaman xüsusi karantin rejimi ilə əlaqədar olaraq Quba rayonun giriş hissəsində quraşdırılmış müvəqqəti stasionar postda Quba RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğu üçün onun üzərinə və idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Bu zaman ondan və nəqliyyat vasitəsindən kibrit qutusunda və sellofan bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də bir ədəd bıçaq aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı Kamal İskəndərov narkotik vasitələrin ona məxsus olduğunu etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR