Prokurorluq Gəncədə qadının bıçaqlanması ilə bağlı məlumat yayıb

Prokurorluq Gəncədə qadının bıçaqlanması ilə bağlı məlumat yayıb
# 22 iyun 2020 12:41 (UTC +04:00)

Bəzi kütləvi informasiya vasitələrində Göygöl rayonunda qadınlar arasında baş vermiş mübahisə zamanı onlardan birinin bıçaqlanması ilə bağlı məlumatlar yayılıb.

Baş Prokurorluğunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 21-də saat 14 radələrində Gəncə şəhər sakini 1991-ci il təvəllüdlü Rəvanə Novruzovanın bıçaqlanaraq “daxilə keçən kəsilmiş-deşilmiş yara” diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla zərərçəkmişin qonşusu 1990-cı il təvəllüdlü İlqam Əliyevin aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı R.Novruzovanı bıçaqlamasına şübhələr üçün əsaslar müəyyən edilib.

Hazırda İ.Əliyevin saxlanılması istiqamətində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR