Prokurorluq: Polşada Azərbaycan vətəndaşının öldürülməsilə bağlı araşdırmanın yekunu barədə ətraflı məlumat veriləcək

Prokurorluq: Polşada Azərbaycan vətəndaşının öldürülməsilə bağlı araşdırmanın yekunu barədə ətraflı məlumat veriləcək
# 13 noyabr 2020 22:08 (UTC +04:00)

Bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində Polşada müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı Müşfiq İsmayılovun ermənilər tərəfindən öldürülərək meyitinin meşədə asılması barədə informasiyalar yayılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baş vermiş hadisənin təfərrüatlarının müəyyən edilməsi ilə bağlı Baş Prokurorluq tərəfindən Polşa Respublikasının Baş Prokurorluğuna rəsmi məktub göndərilməklə araşdırmanın tam, hərtərəfli və obyektiv aparılması və nəticəsi barədə məlumat verilməsi xahiş olunub.

Qeyd edilib ki, araşdırmanın yekunu barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR