Prokurorluq Şabranda 11 yaşlı oğlanın bədbəxt hadisə nəticəsində ölməsi ilə bağlı məlumat yayıb

Prokurorluq Şabranda 11 yaşlı oğlanın bədbəxt hadisə nəticəsində ölməsi ilə bağlı məlumat yayıb
  • Clock-gray 10:05
  • calendar-gray 02 Aprel 2021

Aprelin 1-də saat 14 radələrində Şabran şəhəri, M.Əsədov küçəsində 2010-cu il təvəllüdlü Məmmədov Fəqan Ruslan oğlunun üzərinə hasar aşması nəticəsində xəsarətlər alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Şabran rayon prokurorluğundan APA-ya verilən məlumatına görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Fəqan Məmmədov əmisi oğlu, 2011-ci il təvəllüdlü Məmmədov Pənah Zaur oğlu və qonşusu, 2007-ci il təvəllüdlü Məmmədov İlkin Mahir oğlu ilə evlərinin yaxınlığında oynadıqları zaman güclü küləyin təsirindən qonşuluqda yerləşən evin daş hasarının üzərlərinə aşması nəticəsində Fəqan Məmmədov aldığı xəsarətlərdən ölüb, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.

Səlcuq Elçin

Digər xəbərlər