Prokurorluq: Sumqayıtda baldızını bıçaqlayan şəxsin tutulması istiqamətində tədbirlər görülür - YENİLƏNİB

Prokurorluq: Sumqayıtda baldızını bıçaqlayan şəxsin tutulması istiqamətində tədbirlər görülür - YENİLƏNİB
  • Clock-gray 10:04
  • calendar-gray 10 İyul 2020

İyulun 9-da saat 21 radələrində Sumqayıt şəhəri, H. Z. Tağıyev qəsəbəsi ərazisində 1986-cı il təvəllüdlü Ramilə Quliyevaya yaşadığı evdə çoxsaylı xəsarətlər yetirilməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Sumqayıt şəhər prokurorluğundan APA-ya verilən məlumata görə, araşdırmalarla Sumqayıt şəhər sakini 1988-ci il təvəllüdlü Anar Əlizadənin baldızı 1986-cı il təvəllüdlü Ramilə Quliyevaya hazırda istintaqa məlum olmayan kəsici-deşici alətlə aralarında yaranmış mübahisə zamanı xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən Anar Əlizadənin tutularaq istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

saat 09:47

Sumqayıtda kişi baldızını bıçaqlayıb.

APA-nın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini, 1986-cı il təvəllüdlü Ramilə Quliyeva bacısının əri tərəfindən bıçaqlanıb. Xəstəxanaya çatdırılan R. Quliyevanın həyatını xilas etmək mümkün olub.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

 

Səlcuq Elçin

Digər xəbərlər