Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs cəzalandırılıb

Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs cəzalandırılıb
# 23 yanvar 2021 10:22 (UTC +04:00)

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın “Ağquşa” postunun ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, araşdırma zamanı brakonyerin Neftçala rayon sakini Məlik Abdullayev olduğu məlum olub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və qanuna müvafiq tədbir görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR