Qaradağda gənc mübahisə zəminində bıçaqlanıb

Qaradağda gənc mübahisə zəminində bıçaqlanıb
# 10 dekabr 2019 00:53 (UTC +04:00)

Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Ələt qəsəbəsində qeydə alınıb.

1992-ci il təvəllüdlü Dəmirli Şəhriyar Rövşən oğlu E.Rəhimov küçəsində, yaşadığı evin yaxınlığında naməlum şəxslə mübahisə zəminində bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR