Qaradağda zəncirvarı qəzada bir nəfər ölüb, 4 nəfər xəsarət alıb - RƏSMİ

Qaradağda zəncirvarı qəzada bir nəfər ölüb, 4 nəfər xəsarət alıb - RƏSMİ
  • Clock-gray 13:43
  • calendar-gray 24 Fevral 2021

Qaradağ rayonu ərazisində baş verən avtoqəza nəticəsində 1 nəfər (kişi) hadisə yerində dünyasını dəyişib.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Respublika Kliniki Xəstəxanasına yerləşdirilib. 1 nəfərə isə yerində yardım göstərilib.

Qeyd edək ki, Bakıda zəncirvarı yol qəzası olub.

Hadisə paytaxtın Qaradağ rayonu ərazisində, Bakı Dairəvi Yolunun Lökbatandan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza nəticəsində 15-20 avtomobil toqquşub.

Əsmər Qabil

Digər xəbərlər