Qaxa istirahətə gedənlər cərimələnib - FOTO

Qaxa istirahətə gedənlər cərimələnib - FOTO
# 13 iyul 2020 16:29 (UTC +04:00)

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sərtləşdirilmiş karantin rejimi elan olunan rayonlardan icazələri olmadan, qaydaları pozaraq istirahətə gələn şəxslərin müəyyən edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən reyd zamanı icazələri olmadan və yaxud iş üçün icazələri olsa da, Qax rayonuna istirahət məqsədilə gələn şəxslər müəyyən edilib. Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR