Qaxda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

Qaxda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb
  • Clock-gray 10:30
  • calendar-gray 16 Noyabr 2020

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə COVİD-19 virusuna yoluxmuş şəhər sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini M. Allahverdiyevə ev şəraitində müalicə təyin edilsə də o, özünütəcrid qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

M. Allahverdiyevin mağazaya getdiyi müəyyən olunub və əraziyə həkim briqadası dəvət edilib. Onunla profilaktik söhbətlər aparılıb və yaşadığı ünvana geri qaytarılıb.

M. Allahverdiyev barəsində Qax RPŞ-nin İstintaq qrupunda araşdırma aparılır.

Vüqar Heydərov

Digər xəbərlər