Qaxda yeniyetmə velosiped idarə edərkən ağır xəsarət alıb

Qaxda yeniyetmə velosiped idarə edərkən ağır xəsarət alıb
# 31 mart 2020 20:52 (UTC +04:00)

Qaxda 14 yaşlı yeniyetmə velosipedi yolun kənarındakı zibil qabına vurması nəticəsində ağır xəsarət alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Qax şəhəri ərazisində baş verib.

Qax şəhər sakini, 2006-cı il təvəllüdlü Murad Vüsal oğlu Kərimli velosipedlə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən velosipedi yolun kənarındakı zibil qabına vurub. Hadisədən sonra M.Kərimli Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Müayinə zamanı M.Kərimliyə sol ayağın bud sümüyünün qapalı-qəlpəli sınığı diaqnozu qoyulub. Ona xəstəxanada lazımi tibbi yardım göstərilib.

M.Kərimlinin müayinə və müalicəsini davam etdirməsi üçün Bakıdakı xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR