Qazax Rayon Təhsil Şöbəsi məktəbdə baş verən bıçaqlanmaya münasibət bildirib - YENİLƏNİB

Qazax Rayon Təhsil Şöbəsi məktəbdə baş verən bıçaqlanmaya münasibət bildirib - YENİLƏNİB
# 06 fevral 2020 15:10 (UTC +04:00)

Qazax Rayon Təhsil Şöbəsi Qazax şəhəri 1 nömrəli tam orta məktəbdə baş verən bıçaqlanmaya münasibət bildirib.

Qurumdan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, tənəffüs zamanı Qazax şəhəri 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Məhəmməd Qasımov aralarında yaşanan mübahisə zəminində X sinif şagirdi Nihat Əliyevə bıçaqla xəsarət yetirib. Nihat Əliyev dərhal Qazax rayon Diaqnostika Mərkəzinə aparılıb. Yüngül sıyrılmış yaralar alan məktəblinin vəziyyəti yaxşı qiymətləndirilir.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

12:33

Qazaxda orta məktəbdə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər 1 saylı orta məktəbdə qeydə alınıb. Məktəbin 9-cu sinif şagirdi Məhəmməd Qasımov dərs vaxtı 10-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Nihat Rəşad oğlu Əliyevi bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR