Qazax sakinindən narkotik götürülüb

Qazax sakinindən narkotik götürülüb
# 30 noyabr 2020 14:59 (UTC +04:00)

Qazax sakinindən narkotik vasitə aşkar edilərək götürülüb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib. Verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik maddə saxlamaqda şübhəli bilinən rayon sakini Namiq Abbasov saxlanılaraq RPŞ-yə gətirilib. Onun üzərinə baxış keçirilən zaman əlindəki qara rəngli politelen torbanın içərisindən 445 qram, narkotik vasitə olan, qurudulmuş “marixuana” aşkar edilərək götürülüb.

İlkin dindirilmə zamanı N. Abbasov narkotik vasitəni şəxsi istifadə məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR