Qazaxda 28 yaşlı qızı qaçıran şəxsin istintaqı başa çatıb

Qazaxda 28 yaşlı qızı qaçıran şəxsin istintaqı başa çatıb
# 09 yanvar 2020 19:00 (UTC +04:00)

Qazaxda qadını oğurlamaqda təqsirləndirilən Vüsal Hüseynxanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.

Qeyd edək ki, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb. Kənd sakini, 1991-ci il təvəllüdlü N.Məmmədəliyeva oğurlanıb.

Məlumata görə, həmyerlisi Hüseynxanov Vüsal Fədail oğlu onu zorla evlənmək məqsədilə qaçırdıb.

Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı fakt təsdiqini tapıb və V.Hüseynxanov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR