Qazaxda azyaşlı avtomobil radiatoru üçün olan mayeni içərək zəhərlənib

Qazaxda azyaşlı avtomobil radiatoru üçün olan mayeni içərək zəhərlənib
# 30 may 2020 20:19 (UTC +04:00)

Qazax rayonunda azyaşlı kimyəvi maddədən zəhərlənib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəmirçilər kəndində qeydə alınıb.

Kənd sakini, 2015-ci il təvəllüdlü Zahid Mehdizadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə, 5 yaşlı uşaq avtomobil radiatoru üçün olan şaxta əleyhinə mayeni içərək zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR