Qazaxda ikimərtəbəli ev yanıb

Qazaxda ikimərtəbəli ev yanıb
# 13 yanvar 2021 19:20 (UTC +04:00)

Qazaxda yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinini saytına istinadən məlumatına görə, hadisə rayonun Hüseynbəyli kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 900 m² olan (hər mərtəbəsi 450 m²) ikimərtəbəli evin dam örtüyü, ikinci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 450 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR