Qazaxda kütləvi dava zamanı biri qadın olmaqla, 4 nəfər bıçaqlanıb

Qazaxda kütləvi dava zamanı biri qadın olmaqla, 4 nəfər bıçaqlanıb
# 27 iyul 2020 01:07 (UTC +04:00)

Qazaxda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzində yerləşən kafelərin birində qeyd alınıb.

56 yaşlı Şahid Aslanov, 49 yaşlı Mərdan Əliyev, 33 yaşlı Elvin Abbasov və 33 yaşlı Türkan Şamayeva bıçaq xəsarətləri ilə Qazax Rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib.

Xəstələrə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR