Qazaxda piyadanı maşın vurub

Qazaxda piyadanı maşın vurub
# 23 noyabr 2019 21:38 (UTC +04:00)

Qazax rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Ağ köynək kəndindən keçən hissəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Məmmədli Elvin Vilayət oğlu yolu keçmək istəyərkən minik avtomobili onu vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR