Qazaxda qohumunu öldürən şəxs tutulub - RƏSMİ

Qazaxda qohumunu öldürən şəxs tutulub - RƏSMİ
# 29 iyun 2020 09:27 (UTC +04:00)

İyunun 28-də saat 09.00 radələrində Qazax rayonu, Aslanbəyli kənd sakini 1972-ci il təvəllüdlü Telman Əhmədovun yaşadığı evin yaxınlığında bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub.

Qazax rayon Prokurorluğundan APA-ya bildirilib ki, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

İlkin istintaqla hadisənin zərərçəkmişin qohumu, 1990-cı il təvəllüdlü Fərrux Məmmədov tərəfindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyənləşib.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Fərrux Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR