Qazaxda tank əleyhinə raket aşkar olunub - FOTO

Qazaxda tank əleyhinə raket aşkar olunub - FOTO
# 10 iyul 2020 02:46 (UTC +04:00)

Qazax rayonunun Abbasbəyli kəndi ərazisində raket tapılıb.

APA xəbər verir ki, bu barədə məlumat Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli agentliyə Dövlət Sərhəd Xidmətindən daxil olub.

Məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd təlim məqsədli tank əleyhinə idarəolunmayan PQ-7V raketi aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Raketin ətrafında 200 kvadratmetr əraziyə yerüstü, 100 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR