Qazaxda yaşayış evində yanğın olub - YENİLƏNİB

Qazaxda yaşayış evində yanğın olub - YENİLƏNİB
# 25 may 2020 18:54 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Qazaxda baş verən yanğınla bağlı məlumat yayıb.

APA nazirliyə istinadən xəbər verir ki, Qazax rayonunda, ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində, ümumi sahəsi 24 m² mənzilin qarşısına artırılan aynabəndin yanar konstruksiyaları 12 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

17:49

Qazaxda yaşayış evində yanğın baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Bakı küçəsində qeydə alınıb. Belə ki, rayon sakini, 1993-cü il təvəllüdlü Poladov Elşən Viktor oğluna məxsus 36 m²-lik mənzildə yanğın olub. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı mənzilin 15 m²-ə yaxın hissəsi əşiyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR