Qazaxda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib

Qazaxda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib
# 05 aprel 2021 11:18 (UTC +04:00)

Qazaxda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, Qazax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakini Mehman Pərvanəyevin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi və rayon ərazisindəki çayxanalardan birində olması müəyyən edilib. O, polis əməkdaşları tərəfindən müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR