Qəbələ sakinlərindən silah götürülüb

Qəbələ sakinlərindən silah götürülüb
# 24 dekabr 2020 10:36 (UTC +04:00)

Qəbələ sakinlərindən müvafiq sənədləri olmayan silahlar götürülüb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumatda bildirilib. Xəbərə görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Mirzəbəyli kənd sakinləri- H.Sədullayev, R.İsgəndərov və S.Məmmədovun hərəsindən bir ədəd müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Həmin şəxslər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR