Qəbələdə evdən qızıl əşyalar oğurlayan şəxs tutulub

Qəbələdə evdən qızıl əşyalar oğurlayan şəxs tutulub
  • Clock-gray 10:27
  • calendar-gray 17 Oktyabr 2020

Qəbələ Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən 2 fərdi yaşayış evindən ümumi dəyəri 2800 manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən oğurluq edən Bakı şəhər sakini Ə.Məmmədyarov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Şahnəzər Bəşirov

Digər xəbərlər