Qəbələdə iki avtomobil toqquşub, ölən və yaralananlar var - YENİLƏNİB - FOTO

Qəbələdə iki avtomobil toqquşub, ölən və yaralananlar var - YENİLƏNİB - FOTO
# 07 dekabr 2019 09:51 (UTC +04:00)

Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Qəbələ-Ağdaş yolunun Savalan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Seat" markalı minik avtomobili "VAZ 21015" markalı minik avtomobili ilə toqquşub.

Hadisə zamanı Ağdaş sakini, 1981-ci il təvəllüdlü Nəsirov Xəqani Əlövsət oğlu aldığı xəsarətlərdən ölüb, Qəbələ rayon sakinləri - 1990-cı il təvəllüdlü Abdürrəhmanov Bəyalı Bəylər oğlu və 1978-ci il təvəllüdlü İbayeva Nurlana Yədulla qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

***

02:10

Qəbələ rayonunun Savalan kəndində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə zamanı “Seat” və “VAZ” markalı iki minik avtomobili toqquşub.

Nəticədə avtomobillər deformasiyaya uğrayıb və bir nəfər dünyasını dəyişib. “VAZ” markalı avtomobildə sıxılmış vəziyyətdə qalan şəxsi çıxarmaq üçün hadisə yerinə FHN-in Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub və deformasiyaya uğrayan “VAZ” markalı avtomobildən 1981-ci il təvəllüdlü Nəsirov Xəqani Əlövsət oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR