Qəbələdə ikimərtəbəli ev yanıb

Qəbələdə ikimərtəbəli ev yanıb
# 19 fevral 2021 08:53 (UTC +04:00)

Qəbələ rayonunun İkinci Pirəli kəndində fərdi yaşayış evində güclü yanğın olub.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 360 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR