Qəbələdə minik avtomobili yanıb

Qəbələdə minik avtomobili yanıb
# 05 mart 2021 17:35 (UTC +04:00)

Qəbələdə minik avtomobili yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istnadən verdiyi məlumata görə, rayonun Nic qəsəbəsində ümumi sahəsi 150 m² olan avtomobil təmiri sexinin dam örtüyünün yanar konstruksiyaları 12 m² sahədə, içərisində "ВАЗ" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Sexin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR