Qəbələdə minik avtomobili yük maşını ilə toqquşub, yaralılar var

Qəbələdə minik avtomobili yük maşını ilə toqquşub, yaralılar var
# 12 oktyabr 2020 18:56 (UTC +04:00)

Qəbələ rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Qəbələ-Ağdaş yolunda, Soltannuxa kəndi ərazisində qeydə alınıb.

Qəbələ rayonu Vəndam qəsəbə sakini, 1978-ci il təvəllüdlü Əhmədxanov Ramil Ənvər oğlunun idarə etdiyi "VAZ-2107" markalı minik maşını Zarağan kənd sakini, 1951-ci il təvəllüdlü Rzayev Vaqif İsak oğluna məxsus "Qazel" markalı yük avtomobili ilə toqquşub.

Hadisə zamanı hər iki avtomobilin sürücüsü və "VAZ-2107"dəki sərnişin, 1972-ci il təvəllüdlü Comərdov Cahangir Nəriman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR