Qəbələdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

Qəbələdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb
# 17 dekabr 2020 12:44 (UTC +04:00)

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi, rayonun Bum qəsəbə sakini Tural Yaqubovun virusun yayılmasına şərait yaratdığı müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, COVID-19 virusunun daşıyıcısı olan həmin şəxsə xəbərdarlıq edilməsinə baxmayaraq o, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən həmin şəxs ictimai məkanda hərəkətdə olarkən saxlanılıb və yaşadığı ünvana geri qaytarılıb.

Tural Yaqubov barəsində Qəbələ RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR