Qobustanda iki avtomobil toqquşub, xəsarət alan var

Qobustanda iki avtomobil toqquşub, xəsarət alan var
# 08 sentyabr 2020 14:40 (UTC +04:00)

Qobustan rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Bakı-Şamaxı yolunda qeydə alınıb.

"VAZ 2107" və "Renault" markalı avtomobillər toqquşub. Zərbənin təsirindən "Renault" aşıb. Hadisə zamanı Abşeron rayon sakini, 1992-ci il təvəllüdlü sürücü Hüseynov İlkin Vurğun oğlu xəsarət alıb.

Yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR