Qobustanda minik avtomobili yük maşını ilə toqquşub, yaralılar var

Qobustanda minik avtomobili yük maşını ilə toqquşub, yaralılar var
  • Clock-gray 17:09
  • calendar-gray 24 İyun 2020

Qobustan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 16:30 radələrində Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili qarşısında gedən mişar daşı aparan "KamAZ"a çırpılıb. Qəza nəticəsində minik avtomobilində olan 3 nəfər - Şamaxı sakini, 1959-cu il təvəllüdlü Rəhimov Aydın Əli oğlu, Qobustan sakinləri - 1992-ci il təvəllüdlü Qədirov Elnur Elşən oğlu, 1996-cı il təvəllüdlü Rəcəbli Şəhla Malik qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Şahnəzər Bəşirov

Digər xəbərlər