Quba Təhsil Şöbəsi: Yanğın zamanı məktəbdən 21 şagird təxliyə olunub

Quba Təhsil Şöbəsi: Yanğın zamanı məktəbdən 21 şagird təxliyə olunub
  • Clock-gray 17:37
  • calendar-gray 13 Dekabr 2019

Quba Rayon Təhsil Şöbəsi orta məktəbdəki yanğınla bağlı məlumat yayıb.

Quba Rayon Təhsil Şöbəsi orta məktəbdəki yanğınla bağlı məlumat yayıb. Təhsil Şöbəsindən APA-ya verilən xəbərə görə, dekabrın 13-də saat 14: 15 radələrində Quba rayonunun Tülər kənd ümumi orta məktəbinin çardağında yanğın hadisəsi baş verib. Məktəb rəhbərliyi tərəfindən dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin şimal regional idarəsinə məlumat verilib. Yanğın hadisəsi baş verərkən məktəbin ikinci növbəsində II və III siniflərində təhsil alan 21 şagird təcili təxliyə olunub, heç bir uşaq xəsarət almayıb. Dərhal görülən tədbirlər nəticəsində məktəbin birinci mərtəbəsi yanğından mühafizə olunub. Bu məktəbdə təhsil alan şagirdlərin yaxınlıqdakı Aşağı Tüləkəran kənd tam orta məktəbində tədrisə cəlb olunması nəzərdə  tutulur. Qeyd edək ki, Tülər kənd ümumi orta məktəbində 100 şagird təhsil alır, 16 müəllim və 8 texniki işçi çalışır.

Xatırladaq ki, bu gün Qubanın Tülər kənd orta məktəbində yanğın olub. Yanğının söndürülməsi üçün əraziyə Quba Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb və onun daha geniş əraziyə keçməsinin qarşısı alınıb. İlkin məlumata görə, məktəbin 250 kvadratmetrlik dam örtüyü yanıb.

Yanğının səbəbləri araşdırılır.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date