Quba-Xaçmaz yolunda maşın ağaca çırpılıb, xəsarət alanlar var - FOTO

Quba-Xaçmaz yolunda maşın ağaca çırpılıb, xəsarət alanlar var - FOTO
# 05 avqust 2020 22:36 (UTC +04:00)

Bu gün axşam saatlarında Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunun 10-cu kilometrliyində, rayonun Zərdabi kəndi ərazində qeydə alınıb.

"BMW" markalı maşın yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR