Quba sakinini maşın vurub

Quba sakinini maşın vurub
  • Clock-gray 17:24
  • calendar-gray 14 Dekabr 2019

Bu gün axşam saatlarında Quba rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən  yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qubanın Qaraçay kənd sakini, 1957-ci il təvəllüdlü Abdullayev Fərhad Nurməmməd oğlunu maşın vurub. Xəsarət alan şəxs Quba Mərkəzi Rayon Xəstəxanasına gətirilib.  Ona bud sümüyünün sınığı, sifətin sıyrılmış və cırılmış yaraları diaqnozu qoyulub.  

Hazırda vəziyyəti orta ağırdır. 

Faktla bağlı araşdırma aparılır.

Vəli Turan

Digər xəbərlər

Arxiv

date