Quba və Qusarda yaşayış yerini tərk edən koronavirus xəstələri saxlanılıb

Quba və Qusarda yaşayış yerini tərk edən koronavirus xəstələri saxlanılıb
# 19 noyabr 2020 13:11 (UTC +04:00)

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “COVID-19” virusuna yoluxan 1 nəfərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 18-də rayonun Balaqusar kənd sakini, koronavirus infeksiyasına yoluxan və yaşadığı evi tərk etmiş T.Musayev polis əməkdaşları tərəfindən saxlanılıb. Müəyyən edilib ki, T.Musayevin koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin olunub, yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılıb. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və digər insanlar üçün real təhlükə yaradıb.

Polis əməkdaşları tərəfindən əraziyə həkim briqadası dəvət edilib və həmin şəxs Təcili Tibbi Yardım avtomobili ilə koronavirusa yolumuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilib.

Ötən gün Quba rayonunun Vladimirovka kənd sakini, koronavirus infeksiyasına yoluxmuş və yaşadığı evi tərk edən İ.Mürsəlov da polis əməkdaşları tərəfindən saxlanılıb. Müəyyən edilib ki, İ.Mürsəlovun koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin olunub, yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılıb. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və digər insanlar üçün real təhlükə yaradıb.

Polis əməkdaşları tərəfindən əraziyə həkim briqadası dəvət edilib və həmin şəxs Təcili Tibbi Yardım avtomobili ilə koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR