Quba və Samuxda yaşayış yerini tərk edən COVID-19 xəstələri müəyyən edilib

Quba və Samuxda yaşayış yerini tərk edən COVID-19 xəstələri müəyyən edilib
  • Clock-gray 13:07
  • calendar-gray 17 Noyabr 2020

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “COVID-19” virusuna yoluxmuş 1 nəfərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 16-da Quba şəhəri ərazisində qurulmuş karantin postunda koronavirus infeksiyasına yoluxan və yaşadığı evi tərk edən Xaçmaz rayon sakini Z.Kərimova saxlanılıb. Müəyyən edilib ki, Z.Kərimovanın koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin olunub, yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılıb. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və digər insanlar üçün real təhlükə yaradıb.

Bundan başqa, Samuxda da “COVID-19” virusuna yoluxmuş şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Belə ki, noyabrın 16-da rayonun Sərkar kənd sakini, koronavirus infeksiyasına yoluxmuş və yaşadığı evi tərk etmiş S.İsgəndərova polis əməkdaşları tərəfindən saxlanılıb. Müəyyən edilib ki, S.İsgəndərovanın koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin olunub, yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılıb. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və digər insanlar üçün real təhlükə yaradıb.

Polis əməkdaşları tərəfindən əraziyə həkim briqadası dəvət edilib və hər iki şəxs Təcili Tibbi Yardım avtomobili ilə yaşadığı ünvana yerləşdirililib.

Sail Ağasəlim

Digər xəbərlər