Quba və Xaçmazda avtomobil yanıb

Quba və Xaçmazda avtomobil yanıb
# 26 may 2020 09:06 (UTC +04:00)

Quba və Xaçmaz rayonlarında avtomobil yanıb.

Bu barədə APA-ya FHN-dən bildirilib.

Məlumata görə, Quba rayonunun Məckəxacə kəndində "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Xaçmaz rayonunun Üçgünqışlaq kəndində isə "Toyota" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR