Qubada 6 otaqlı ev yanıb

Qubada 6 otaqlı ev yanıb
  • Clock-gray 14:52
  • calendar-gray 25 Fevral 2020

Qubada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, yanğın rayonun Tülər kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 300 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin ikinci mərtəbəsində 2 otağın, aynabəndin yanar konstruksiyaları və dam örtüyü 80 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date