Qubada atasını öldürən 19 yaşlı oğlanın məhkəməsi başlayır

Qubada atasını öldürən 19 yaşlı oğlanın məhkəməsi başlayır
# 23 sentyabr 2020 09:13 (UTC +04:00)

Qubada atasını qətlə yetirməkdə təqsirləndirilən Mətləb Şükürovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.

Qeyd edək ki, hadisə bu il Qubanın Birinci Nügədi kəndində qeydə alınıb. Aralarında yaranan şəxsi münaqişə zəminində 2001-ci il təvəllüdlü Şükürov Mətləb Bəşarət oğlu atası Şükürov Bəşarət Ramazan oğlunu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

M. Şükürov saxlanılıb, ona Cinayət Məcəlləsinin 120.2.4-cü(xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR