Qubada avtomobil piyadanı vuraraq öldürüb

Qubada avtomobil piyadanı vuraraq öldürüb
# 22 mart 2021 13:00 (UTC +04:00)

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 20-də saat 21 radələrində Quba rayonunun Qonaqkənd kəndi ərazisində rayon sakini A.Müslümov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi İlqar İslamovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Quba RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR